Türkiyənin “Abdülhamid Han” adlı dördüncü qazma gəmisi bu gün Aralıq dənizi sahilindəki Mersin limanından işə başlamaq üçün yola düşəcək.
Gəminin Türkiyə sularında ilk missiyası üçün hazırlıq işləri təxminən 2.5 ay davam edib. “Abdülhamid Han” Cənubi Koreyanın Okpo limanından Türkiyənin sahillərinə mayın 19-da çatıb.
Qeyd etmək lazımdır ki, gəminin yola salınma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Xatırladaq ki, yeddinci nəsil qazma gəmisinin uzunluğu 238 metr, eni isə 42 metrdir. 200 nəfərlik Abdülhamid Han komandası 12.200 metr qədər dərinliyə quyu qaza bilər. Dünyada bu sinifdən cəmi 4-5 qazma gəmisi var və onlardan biri Türkiyənin sərəncamındadır.
Türkiyənin ehtiyacları üçün kəşfiyyat və qazma işləri indiyədək üç gəmi tərəfindən həyata keçirilib: “Fatih”, “Kanuni” və “Yavuz”.