“Turkish Aerospace Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 1 500 000 ABŞ dollarından 500 000 ABŞ dollarına azaldıldığını elan edir.
Banker.az xəbər verir ki, kreditorlar tələblərini bir ay müddətində AZ1073, Bakı ş., Yasamal ray., H.Cavid pr., ev 25 ünvanına bildirə bilərlər.
“Türk Aerokosmik Sənayesi Anonim Şirkəti” 1973-cü ildə yaradılıb. Şirkət Türkiyədə hava platformalarının dizaynı, inkişafı, istehsalı, tamamlanması, yenilənməsi və satışdan sonrakı xidmətləri sahələrində texnologiya mərkəzidir. Şirkətin qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Uğur Gülandır.