Türkiyənin Almaniyaya ixracatı 2022-ci ilin fevral ayında əvvəlki ilin eyni dövrünə görə 21,4 faiz artımla 1 milyard 644 milyon 24 min dollarlıq rekord səviyyəyə çatıb.
Almaniyadan sonra 1 milyard 118 milyon 491 min dollarla ABŞ, 1 milyard 56 milyon 830 min dollarla Böyük Britaniya, 985 milyon 695 min dollarla İtaliya və 832 milyon 154 min dollarla İraq gəlir.
Türkiyənin ixracatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə ABŞ-a 36,1, İngiltərəyə 14,6, İtaliyaya 27,2 və İraqa 40,5 faiz artıb.
Avtomobil sənayesi keçən ay Almaniyaya 382 milyon 765 min dollar olmaqla ən çox ixracat edib. Hazır geyim və konfeksiya 331 milyon 881 min, qara və əlvan metallar 175 milyon 335 min, kimya və məmulatları 131 milyon 588 min, elektrik və elektronika sektoru isə 109 milyon 994 min dollarlıq mal satıb.