10 C
Baku
Thursday, December 12, 2024

Türkiyənin Azərbaycana ixracı 18 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 570.778 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib.

Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17.6 % çoxdur.

Təkcə mart ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 205.768 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 15.4 % çoxdur.

Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 1.1 % azalaraq 54.317 milyard ABŞ dollarına enib. 3 ay ərzində Türkiyədən ən çox ixrac 4 milyard 877 milyon ABŞ dolları olmaqla Almaniyaya (il ərzində 0.4 % artıb), 2 milyard 965 milyon ABŞ dolları olmaqla ABŞ-a (13.6 % azalıb) və 2 milyard 904 milyon dolları olmaqla İtaliyaya (5 % azalıb) həyata keçirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər