9 C
Baku
Sunday, January 12, 2025

Türkiyənin Azərbaycandakı şirkəti kapitalını 3 milyon dollar azaldır

“Aselsan Bakü” MMC-nin nizamnamə kapitalı azaldılır.

Banker.az xəbər verir ki, Aselsan Elektronik Sanaye ve Ticaret Anonim Şirketi tərəfindən 3.000.000 ABŞ Dolları pay azaldılması nəticəsində 8.235.212 ABŞ Dolları olan nizamnamə kapitalı azaldılaraq 5.235.212 ABŞ Dolları məbləğində müəyyən edilib.

Hərbi və mülki sahədəki əməkdaşlığın təmin edilməsi məqsədilə Türkiyənin Müdafiə sənayesinin qabaqcıl və lider şirkəti olan “Aselsan Elektronik Sanaye ve Ticaret Anonim Şirketi”nin 100% sərmayəsi ilə 1998-ci ildə Bakı şəhərində “Aselsan-Bakü” Şirkəti təsis edilmişdir.

Xatırladaq ki, bu MMC-nin qanuni təmsilçisi Mustafa Yaman-dır. “Aselsan Bakü” 26 ildir ki, Azərbaycanda rabitə sistemlərinin satışı, təqdimatı, işlədilməsi və texniki qulluq – təmir fəaliyyətlərini həyata keçirir.

 

Son xəbərlər
Digər xəbərlər