Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bir sıra layihələrdə iştirak edir.
Bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat bildirib.
Ömer Bolat deyib ki, Türkiyə şirkətləri Qarabağın bərpası ilə bağlı 5 milyard dollarlıq layihələr həyata keçirir (Söhbət Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə tikinti, bərpa və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihələrdə podratçı kimi iştirakından gedir-red.)







