11 C
Baku
Wednesday, December 11, 2024

Türkiyənin bəyanatları nefti 60$-a yaxın bahalaşdırdı: 26 aylıq maksimum

Dünya birjalarında neftin qiyməti 26 ayın maksimumuna yüksələrək 60 dollara bir qədər də yaxınlaşıb. Bahalaşmaya əsas səbəb kimi, Türkiyənin Şimali İraq bölgəsindən axan neftin kəsiləcəyi ilə bağlı bəyanatların verilməsidir.

Saat 8:31/ Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0,12$, yəni, 0,23% cüzi bahalaşaraq 52,34$-da qərarlaşıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir k, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,43$, yəni, 0,73% artaraq 59,45$-a təklif olunub.

Xatırladaq ki, 2015-ci ilin İyul ayının 25-də Brent 59,45 dollar olmuşdu.

Son xəbərlər
Digər xəbərlər