Bugünkü gündə türk iqtisadiyyatı işsizliyin yüksək səviyyəsi, yetərsiz xarici tələbat və gəlir kapitallarının azalması ilə xarakterizə olunur. Bu amillər isə öz növbəsində maliyyə itkilərinə səbəb olur. Buna baxmayaraq Türkiyənin bank sisteminin gücü ölkənin sabit vəziyyətə qayıtmasına kömək edə bilər.
2001-ci ilin maliyyə böhranından sonra keçirilən islahatlar nəticəsində Türkiyənin bank sektoru bugünkü gündə qənaətbəxş vəziyyətdədir. Bu isə Türkiyənin tez bir zamanda sabit iqtisadi vəziyyətə nail olacağı deməkdir.
Uğurlu islahatların tarixçəsi:
Etibarli bank sistemi sağlam iqtisadiyyatın təməl nöqtəsidir. 1990-cu illərdə bank sektoru Türkiyənin zəif yeri idi. 2001-ci ilin maliyə böhranının ən birinci səbəblərindən biri məhz qeyri-sabit bank sistemi idi.
Böhrandan sonra keçirilən bank sisteminin islahatlarına bunlar daxil idi: banklar üzərində müstəqil nəzarət bank tənzimlənməsi və nəzarət Agentliyinin yaradılması; Mərkəzi bankın müstəqilliyini gücləndirmək; bankların işinə hökumətin qarışması; hökumətə mənsub bankların restrukturlaşması və özəllişdirilməsi. Həmçinin valyutanın üzən kurslarının rejimi də dəyişdirilmişdir.
Böhrandan sonra Türkiyədəki ümumi bankların sayı azalır. Hökumət banklarının rolunun azaldılması bütün sistemin dirçəlməsinə səbəb olur. İqtisadiyyatda hökumətin maraqları deyil, tələbat və təklifin qanunları üstünlük təşkil etməyə başlayır.
Bugünkü gündə bank sektorunun çiçəklənməsi beş amillə əlaqələndirilir:
Birinci amil: əsas kapitalın yetərliliyi. Türk bankları kapitalları etibarlı mövqelərə yerləşdirərək çoxaldırlar. Bu amil çiçəklənmənin əsas indikatoru hesab edilir, çünki bankların zərərlərin öhdəsindən gələcəyinin göstəricisidir.
İkinci amil: aktivlərin keyfiyyəti. 2001-ci ilin böhranı türk banklarının daha ehtiyyatlı olmasına səbəb olmuşdu. Banklar artıq daha az kreditlər verirdilər.
Üçüncü amil: likvidlik riskləri. Türk bank sistemi likvidliyin yüksək səviyyəsini nümayiş etdirir. Maliyyələşmənin sabit və ucuz mənbəyi hesab edilən depozitlər türk banklarının maliyyələşməsinin təxminən 60%-ni təşkil edir.
Dördüncü amil: xarici valyutada ifadə olunmuş kreditləşmə. Xarici bankların iştirakının aşağı səviyyəsi Türkiyənin bank sisteminin təcrid olunmasına yardım göstərir. Beləliklə, təcrid olunaraq Türk bankları dünya böhranının mənfi təsirindən azad olunurlar.
Beşinci amil: gəlirlərin səviyyəsi. Mənfəət bank sektorunun həyat fəaliyyətinin əsas göstəricisidir, çünki o, səhmdar kapitalını çoxaldır, ehtiyyatı təmin edir və investorların etibarını gücləndirir.
Mütəxəssislərin təxminlərinə əsasən, Türkiyənin bank sistemi gələcəkdə sabit şəkildə inkişaf edəcək.