9 C
Baku
Friday, December 13, 2024

Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib

Türkiyənin baş naziri Əhməd Davudoğlu istefa verib.

Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu mayın 5-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O, heç bir zaman Türkiyənin mənafeyinə zidd addım atmadığını vurğulayıb: “Haqqınızı halal etməyinizi, konyalı seçicilərimin başlarını dik tutmalarını istəyirəm. Kiməsə kin saxlamamağınızı xahiş edirəm. AKP-ni dəstəkləməkdə davam edin. Könlünüzü qıran bir söz demişəmsə, haqqınızı halal edin”.

O, fövqəladə qurultaya uğurlar arzulayaraq, çıxışına yekun vurub.

Bu gün partiyanın sədri Əhməd Davudoğlunun başçılığı altında İdarə Heyətinin toplantısı olub. Yığıncaq bu il mayın 22-də Ədalət və İnkişaf Partiyasının fövqəladə qurultayının keçirilməsi haqda qərar qəbul edib. Həmin toplantıda Əhməd Davudoğlu namizədliyini irəli sürməyəcək. Qurultayda partiyaya yeni sədr seçiləcək və həmin şəxs avtomatik olaraq Türkiyənin baş naziri olacaq. Ə.Davudoğlu isə bu müddətədək Türkiyənin baş naziri və AKP sədri səlahiyyətlərini müvəqqəti olaraq davam etdirəcək.

Partiyanın ali orqanı təşkilata həm də yeni sədr seçəcək.

Əhməd Davudoğlu 2014-cü il avqustun 27-dən Türkiyə hökumətinə başçılıq edir.

Report

 

Son xəbərlər
Digər xəbərlər