Türkiyənin qızıl-valyuta ehtiyatları 23-29 dekabr həftəsində 3 745 mln. dollar və ya 3,36% azalaraq 107 653 mln. dollara düşüb.
“Bloomberg” agentliyinə istinadən, bu barədə Türkiyə Mərkəzi Bankının (TCMB) həftəlik hesabatında deyilir.
Hesabata əsasən, 23-29 dekabr həftəsində TCMB-nin valyuta ehtiyatları 4 591 mln. dollar və ya 5,18% azalaraq 84 111 mln. dollara geriləyib, qızıl ehtiyatları isə 846 mln. dollar və ya 3,73% artaraq 23 542 mln. dollara çatıb.
Xatırladaq ki, TCMB-nin qızıl-valyuta ehtiyatları 2017-ci ilin minimumuna aprelin 28-də (102 735 mln. dollar), maksimumuna isə avqustun 28-də (120 369 mln. dollar) çatıb.
“Report”un analitik qrupu Türkiyənin qızıl-valyuta ehtiyatlarında azalmanın ABŞ dollarının məzənnəsinə orta və uzunmüddətli perspektivdə mənfi təsir göstərə biləcəyini bildirir.