6 C
Baku
Wednesday, January 15, 2025

Türkiyənin “Çıtır Chicken” fastfood şəbəkəsi Rusiya bazarına girir

Türkiyənin “fastfood” şəbəkəsi Rusiyada “McDonald’s”ı əvəzləməyi planlaşdırır.

Bununla bağlı Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Türkiyə brendi olan “Chitir Chicken” ilk satış nöqtələrini mayın sonunda aça bilər.

Ticarət Mərkəzləri İttifaqının rəhbəri Bulat Şakirov bildirib ki, bununla bağlı martın 22-də Moskvada danışıqlar aparılacaq.

Hələlik ticarət mərkəzlərindəki boş yerlərdə restoranların açılması planlaşdırılır.

Amma gələcəkdə türk “fastfood”ları “McDonalds”ı əvəz edə bilər.

Son xəbərlər
Digər xəbərlər