14 C
Baku
Saturday, November 16, 2024

Türkiyənin energetika naziri: Yaxın 5 ildə yeraltı qaz anbarları ölkə ehtiyacının 20 faizini təmin edəcək

Yaxın 5 ildə Türkiyənin yeraltı qaz anbarlarının (YQA) ehtiyatları 12 milyard kubmetrə çatacaq. Bu, ölkədə hər il istehlak edilən bütün qazın 20 faizinin yeraltı qaz anbarlarına vurulmasına imkan verəcək.

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “BOTAŞ” şirkətinin yaradılmasının 50 illiyinə həsr olunmuş tədbirdə bildirib.

O vurğulayıb ki, bu gün təkcə İstanbul yaxınlığındakı “Silivri” qaz anbarına 4,6 milyard kubmetr qaz vurulur, daha 1,2 milyard kubmetr qaz isə “Tuz gölü” yeraltı qaz anbarında saxlanılır.

Onun sözlərinə görə, “BOTAŞ” şirkətinin mayeləşdirilmiş təbii qazın emalı məsələsində də ciddi potensialı var: “Əgər 2016-cı ildə Türkiyənin qazpaylayıcı sisteminə sutkada 30 milyon kubmetr qaz vurulurdusa, bu gün bu həcm 160 milyon kubmetrə çatıb”.

Nazir Türkiyənin yaşayış məntəqələrinin aktiv qazlaşdırılmasına diqqət çəkib. “Hazırda Türkiyənin 81 vilayətində 862 yaşayış məntəqəsi qazlaşdırılıb. Əminliklə demək olar ki, ölkədə 85 milyon sakindən 72 milyon sakininin qaza çıxışı var”, – deyə Bayraktar vurğulayıb.

Türkiyənin energetika naziri “BOTAŞ” şirkətinin respublikanın enerji müstəqilliyinin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər