Türkiyənin “Beşiktaş” klubunun borclarının məbləği məlum olub. Klubun saytına istinadən xəbərə görə, İstanbul təmsilçisi bununla bağlı rəsmi məlumat yayıb.
Mətbuatda “qara qartal”ın 2 milyard lirədən çox borcunun olduğu yazılırdı. Məlum olub ki, Türkiyə çempionunun yazılan məbləğdən az borcu var.
Belə ki, klubun saytında yer alan xəbərdə “Beşiktaş”ın 1 milyard 262 milyon 592 min 503 lirə borcunun olduğu müəyyənləşib.
Qeyd edək ki, əsası 1903-cü ildə qoyulan “Beşiktaş” tarixi ərzində 14 dəfə Türkiyə çempionluğunu, 9 dəfə isə ölkə kubokunu qazanıb.
Apasport.az