9 C
Baku
Monday, November 18, 2024

Türkiyənin hakim partiyası ümumi seçkilərlə bağlı açıqlama verib

Türkiyənin hakim partiyası ümumi seçkilərlə bağlı müxtəlif variantları nəzərdən keçirir, Banker.az bu barədə Haqqın.az-a istinadən xəbər verir.

“Ədalət və İnkişaf Partiyasında bütün variantlar nəzərdən keçirilir, lakin hələki seçkilərin təxirə salınması və ilə bağlı hər hansı qərar və ya niyyət yoxdur. Prezident seçkiləri mayın 14-də, partiyanın bəzi üzvlərinin seçkiləri isə iyunun 18-də keçirilməsi planlaşdırılır. Prezident Ərdoğanın seçkilərlə bağlı heç bir narahatlığının olmadığı bildirilir. Yüksək Seçki Komissiyası fikir ayrılığının qarşısını almaq üçün zəlzələ bölgəsindən köçənlərin və ya zəlzələ bölgəsində qalanların səs verəcəyi yerlərdə səsvermə üzərində işləyəcək”, – mesajda deyilir.

Xatırladaq ki, bir gün əvvəl “Habertürk” Türkiyədə ümumi seçkilərin 6 aydan bir ilə qədər təxirə salına biləcəyini bildirib.

Türkiyədə seçkilər mayın 14-nə təyin edilib, lakin bir sıra siyasətçilər ölkədə baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar səsvermənin təxirə salınmasını istəyiblər. Xüsusən belə bir təkliflə parlamentin eks-spikeri, baş nazirin keçmiş müavini Bülənt Arınç çıxış edib.

Son xəbərlər
Digər xəbərlər