14 C
Baku
Sunday, May 5, 2024

Türkiyənin ilk dəfə kosmosa göndərəcəyi şəxs və səfərin vaxtı açıqlanıb

Türkiyənin ilk dəfə kosmosa göndərəcəyi kosmonavtın kimliyi və səfərin tarixi açıqlanıb.

Bu barədə Türkiyənin sənayə və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

Nazir qeyd edib ki, səfər edəcək şəxs Alper Gezerdir, o, 2024-cü il yanvarın 9-da kosmosa gedəcək. Türk kosmonavt Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərəcək, orada İspaniya, İtaliya və İsveçdən olan kosmonavtlarla birgə çalışacaq.

Kosmosa səfər 14 gün davam edəcək, 13 fərqli təcrübə yerinə yetiriləcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər