Türkiyənin ilk elektromobili olan TOGG-un 29 oktyabrdan kütləvi istehsalı başlayacaq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 6-cı qanunvericilik ilinin açılışında çıxış edərkən bildirib.
Dövlət başçısı qeyd edib ki, Türkiyənin ixracı 250 milyard, xarici ticarət dövriyyəsi iə 500 milyard ABŞ dollarını ötüb. Ərdoğan əlavə olaraq, ölkənin gəlirlərinin 1 trilyin dollara çatdığını da vurğulayıb.