16 C
Baku
Friday, October 18, 2024

Türkiyənin ilk pilotsuz təyyarəsi 2025-ci ildə istifadəyə veriləcək

Türkiyənin “Qızıl alma” pilotsuz təyyarəsi 2025-ci ildə istifadəyə veriləcək.

Bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Prezident Rəcəb Tayyib Ərdoğanla danışığı zamanı məlumat verib.

O, indiyədək 2 “Qızıl alma”nın istehsal olunduğunu da xatırladıb.

S.Bayraktar həmçinin bildirib ki, “Bayraktar TB-3” PUA-sı 2024-cü ildə istifadəyə veriləcək: “Bu müddət ərzində sınaq uçuşları həyata keçiriləcək”.

Qeyd edək ki, “Qızıl alma” Türkiyənin ilk pilotsuz təyyarəsidir. Bu texnika ilk dəfə ötən ilin martında təqdim olunmuşdu.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər