10 C
Baku
Thursday, December 12, 2024

Türkiyənin ilk yerli və milli rabitə peykinin buraxılış tarixi açıqlandı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkənin ilk yerli və milli rabitə peyki “Türksat 6A”nın Ankaranın Kahramankazan bölgəsində yerləşən kampusundakı Kosmik Sistemlərin İnteqrasiya və Test Mərkəzini ziyarət edib.

O, Türk Əsrinin əvvəlində dünyada söz sahibi olmaq üçün “kosmosda iz qoymaq” üzərində çalışmaq əzmlərini davam etdirdiklərini söyləyib.

Nazir “Türksat 6A” ilə Türkiyənin dünyada rabitə peyki istehsal edən 11 ölkədən biri olacağına diqqət çəkib.

“Türksat 6A” 42 dərəcə şərq uzunluğunda xidmət göstərəcək. Cihaz 35 min 786 kilometr məsafədə geosentrik orbitdə yerləşəcək. O, 7,5 kilovat gücündə yerli və milli rabitə peyki olacaq. 20 transponder tutumlu “Türksat 6A” Ku diapazonunda çalışacaq və Cənub-Şərqi Asiya kimi əvvəlki “Türksat” peyklərinin əhatə edə bilmədiyi yeni coğrafiyada da xidmət göstərəcək.

Uraloğlu, peykin uçuş müddətinin 15 il olacağını, uçuş kompüteri, enerji paylama qurğusu, elektrik mühərriki, yanacaq çəni, enerji emalı və idarəetmə bloku kimi kritik komponentlərin yerli imkanlarla istehsalının peyk və kosmik sektorda xarici asılılığı azaldacağını ifadə edib.

Nazir aparatın 2024-cü ilin fevral ayında buraxılacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər