14 C
Baku
Thursday, March 28, 2024

Türkiyənin İraqdakı hərbi bazası raket atəşinə tutulub

İraqın şimalındakı Naynava əyalətində yerləşən Türkiyənin Zlikan hərbi bazası raket atəşinə tutulub.

Bu barədə İraqın “Shafaq News” xəbər portalı məlumat yayıb.

İraqın təhlükəsizlik qüvvələrindən olan mənbə xəbər portalına bildirib ki, fevralın 1-i səhər saatlarında hərbi bazaya təxminən 8 raket atılıb. Hazırda İraq təhlükəsizlik qüvvələri raketin buraxıldığı ərazinin axtarışına başlayıb.

Bu arada, İraq Kürdüstanının Terrorla Mübarizə İdarəsi iki raketin bazaya, qalanlarının isə onun hüdudlarından kənara düşdüyünü bildirib. Raket hücumu nəticəsində ölən və yaralanan olmayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər