Türkiyənin ixracat rəqəmləri 2002-ci illə müqayisədə yeddi dəfə artaraq 254 milyard 200 milyon ABŞ dollarına yüksəlib. Bu, bütün dövrlərin ən yüksək göstəricisidir.
Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz açıqlayıb.
Bildirilib ki, son 13 rüb ərzində ölkə iqtisadiyyatında davamlı yüksəlmə müşahidə olunub. Ötən ilin doqquz ayı ərzində bu artım orta hesabla 4,7 faiz təşkil edib.