12 C
Baku
Tuesday, October 22, 2024

Türkiyənin ixracatçı şirkəti Azərbaycan bazarından çıxdı

Azərbaycan bazarını daha bir xarici şirkət tərk etdiyini açıqladı.

Banker.az xəbər verir ki, “Hadra İmport-Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyət ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ5022 Xırdalan şəhəri, Abşeron rayonu, Bakı-Sumqayıt şossesi 6-cı km küçəsi ünvanına bildirə bilərlər.

Bildirək ki, bu şirkət Türkiyənin meyvə-tərəvəz sektorunda istehsalçı və ixracatçı şirkətidir. Türkiyədən hər cür meyvə və sitrus, limon və portağal ilə təmin edə bilir.

“Hadra İmport-Eksport LTD” MMC Azərbaycanda 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Ləğv edilən şirkətin nizamnamə kapitalı 196 000 manat idi və qanuni təmsilçisi Vüqar Cəfərov idi.

 

 

Son xəbərlər
Digər xəbərlər