Azərbaycan bazarını daha bir xarici şirkət tərk etdiyini açıqladı.
Banker.az xəbər verir ki, “Hadra İmport-Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyət ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ5022 Xırdalan şəhəri, Abşeron rayonu, Bakı-Sumqayıt şossesi 6-cı km küçəsi ünvanına bildirə bilərlər.
Bildirək ki, bu şirkət Türkiyənin meyvə-tərəvəz sektorunda istehsalçı və ixracatçı şirkətidir. Türkiyədən hər cür meyvə və sitrus, limon və portağal ilə təmin edə bilir.
“Hadra İmport-Eksport LTD” MMC Azərbaycanda 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Ləğv edilən şirkətin nizamnamə kapitalı 196 000 manat idi və qanuni təmsilçisi Vüqar Cəfərov idi.