20 C
Baku
Tuesday, October 28, 2025

Türkiyənin ixracı rekord həcmə çatıb

Türkiyənin ticarət naziri Ömer Bolat ölkədən ixrac olunan məhsul və xidmətlərin həcminin 390 milyard ABŞ dollarına çatdığını, bunun rekord göstərici olduğunu bəyan edib.

“Oktyabrın 28-nə olan vəziyyətə görə, Türkiyə Respublikasının statistika tarixində ixrac həcmi üzrə yeni rekord qeydə alınıb. 2025-ci il üçün nəzərdə tutulan göstəricilər artıq proqnozlaşdırılandan çoxdur”, – deyə Türkiyənin naziri bildirib. O, müasir Türkiyənin təkcə nəhəng istehsal mərkəzi deyil, həm də dünya səviyyəsində ixrac və ticarət iştirakçısı olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, Türkiyənin ixracatçı şirkətlərinin sayı 180 min 396 olub.

“Əgər Türkiyə Respublikası mövcud olduğu ilk illərdə 24 ölkəyə 30 adda mal və xidmət ixrac edilirdisə, bu gün ölkəmiz 224 dövlətə və gömrük zonasına məhsul və xidmətlər göndərir. İxrac edilən malların adlarının sayı isə 12,8 minə çatıb”, – deyə Ö. Bolat məlumat verib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər