Türkiyənin “KARGU” və “ALPAGU” hücum PUA-ları Avropaya ixrac olunacaq.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, adıçəkilən döyüş dronları NATO və Avropa İttifaqına (Aİ) üzv ölkələrə göndəriləcək.
“İnnovativ həllər yalnız məhsulun təhvili ilə məhdudlaşdırmır, inteqrasiya, proqram təminatı və birgə iş modeli də beynəlxalq istifadəçilərin xidmətinə veriləcək” , – məlumatda qeyd olunub.
“KARGU” və “ALPAGU”nun Avropaya ixracı ilə bağlı ilk sazişin imzalandığı da vurğulanıb.







