Türkiyənin “Koton Mağazacılık Tekstil Sanayi Ve Ticaret” A.Ş.-nin Azərbaycandakı törəmə şirkəti olan “Koton Mağazacılık” MMC (və ya “Koton Azərbaycan”) ləğv olununur.
Bu barədə Banker.az-a rəsmi qurumdan alınan informasiyada deyilir. Bununla bağlı artıq Vergilər Nazirliyinə də müraciət edilib.
Şirkətin Azərbaycandakı törəməsi 2013-cü ildən dövlət qeydiyyatına alınmışdı və nizamnamə kapitalı 7 850 manat idi. Şirkəti Azərbaycanda qanuni olaraq Şeyh Şamil Çağlar adlı Türkiyə vətəndaşı təmsil edirdi.
Qeyd edək, “Koton”un Bakı şəhərində bir neçə mall-da mağazaları fəaliyyət göstərir. Türkiyənin 30 yaşlı bu şirkəti dünyanın 28 ölkəsinə dəbli geyim və aksesuarlar təqdim edir.