Son 5 ildə iqtisadiyyatçılar Türkiyə iqtisadiyyatnda baş verən təhlükəli kredit “köpüyü” barədə dəfələrlə xəbərdarlıq ediblər.
Banker.az xəbər verir ki, “Forbes” jurnalının yazarı Cessi Kolimboya görə ultra aşağı faiz dərəcələri borcların artmasına gətirib çıxarıb. Bu da süni iqtisadi yüksəlmə ilə nəticələnib.
2018-ci ilin yayından etibarən Türkiyənin Mərkəzi Bankı lirənin enməsinin qarşısını almaq üçün faiz dərəcələrini kəskin artırıb. Həmin vaxt mütəxəssislər bu kəskin dərəcə artımının Türkiyədə uzunmüddətli kredit “köpüyü” partladacaq bir iynəyə çevriləcəyi barədə xəbərdarlıq ediblər.
Aşağıdakı cədvəldən də göründüyü kimi kredit “köpüyü” məsələsi Türkiyədə 2000-ci ilin əvvəllərində başlayıb. Özəl sektorun kreditləşməsi 2003-cü ildə ÜDM-in 15%-dən 2016-cı ildə ÜDM-in 70%-dək artmışdır. Özəl sektora qoyulan kreditlər 2010-2018-ci illər ərzində 6 dəfə artıb.




Ancaq əslində bu vəziyyət çox illər əvvəl , kredit “köpüyü” yarandığı vaxt başlayıb. Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini uzun müddət ərzində çox aşağı səviyyədə saxlayanda balans tarazlığı təhlükəli hal alır. Və əgər bazarlar və iqtisadiyyat stabilləşməyə çalışarlarsa,təhlükə qaçılmazdır. Təəssüf ki, Türkiyədə böhran və tənəzzül ilkin mərhələdədir.
Kredit “köpüyü” ilə bağlı bu 15 illik vəziyyəti 6 aya həll etmək mümkün olmayacaq.







