6 C
Baku
Wednesday, March 5, 2025

Türkiyənin logistika şirkəti Azərbaycan bazarından gedir

“Ader Global Lojistik Nakliyat Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialın Ümumi Yığıncağı 25.02.2025-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.

Banker.az xəbər verir ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, AK.Həsən Əliyev, ev.139A ünvana bildirə bilərlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.

Bildirək ki, filial 2024-cü ilin dekabr ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Elnur Zeynalovdur.

Son xəbərlər
Digər xəbərlər