10 C
Baku
Wednesday, December 11, 2024

Türkiyənin Maliyyə Nazirliyi ilin sonuna 24%-lik inflyasiya gözləyir

Türkiyənin Maliyyə Nazirliyi ilin sonuna inflyasiyanın 24% olacağını, 2023-cü ilin iyunundək isə bu göstəricinin bir rəqəmli həddə düşəcəyini proqnozlaşdırır.

Bunu Türkiyənin maliyyə naziri Nurəddin Nəbati bildirib.

Ötən ay 36,08% təşkil etmiş inflyasiya yanvar ayında 48,69% səviyyəsinə yüksəlib. Daha əvvəl Nəbati ən yük göstəricinin aprel ayına düşəcəyini bildirmişdi.

Qeyd edək ki, 2021-ci ildə TCMB-nin uçot dərəcəsini bir neçə dəfə endirməsindən sonra lirə kəskin şəkildə dəyər itirib. Belə ki, ilin əvvəli 7,4 lirəyə mübadilə olunan 1 ABŞ dolları dekabrın 20-də rekord 18,4 lirə səviyyəsinə çatıb. Noyabr ayının 23-cü qeydə alınmış 18%-lik eniş son 20 ilin ən yüksək göstəricisi olub.

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər