14 C
Baku
Sunday, November 24, 2024

Türkiyənin may ayı üçün ticarət rəqəmləri açıqlanıb

Türkiyənin bu ilin may ayında ixrac həcmi keçən ilin eyni ayına görə yüzdə 11.3 artaraq 24 milyard 66 milyon dollara çatıb, idxal isə yüzdə 10.4 azalaraq 30 milyard 568 milyon dollara düşüb.

Bu barədə Türkiyə Statistika Qurumunun və Ticarət Nazirliyinin xarici ticarətə dair iyunun 28-də dərc etdiyi birgə hesabatda bildirilir.

Türkiyənin 2024-cü ilin may ayında mənfi ticarət saldosu 6 milyard 502 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni ayına nisbətən 48 faiz azdır.

Ümumilikdə, bu ilin yanvar-may aylarında Türkiyənin ixrac həcmi 106 milyard 877 milyon dollar təşkil edib ki, bu da ötən ilin ilk 5 ayı ilə müqayisədə 4.5 faiz çoxdur. İdxal 9.2 faiz azalaraq 143 milyard 682 milyon dollar olub.

2024-cü ilin yanvar-may aylarının nəticələrinə görə, türk ixracatçıları üçün ən böyük bazar Almaniya olub və bu ölkəyə 8 milyard 609 milyon dollarlıq məhsul tədarük edilib. Türkiyə məhsullarının ən çox beş idxalçısı siyahısına ABŞ, Böyük Britaniya, İtaliya və İraq da daxildir. Bu beş ölkə Türkiyənin ümumi ixracatının 29.7 faizini təşkil edib.

İlin ilk beş ayında Türkiyəyə əsas məhsul tədarükçülərinin siyahısına Rusiya (19 milyard 90 milyon dollar) başçılıq edir. Daha sonra Çin, Almaniya, İtaliya və ABŞ gəlir. Bu beş ölkənin tədarükləri Türkiyənin idxalatının cəmi 44 faizini təşkil edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər