Türkiyənin metallurgiya zavodlarının əksəriyyəti fəaliyyətini dayandırıb

Türkiyənin metallurgiya zavodlarının üçdə biri zəlzələdən sonra fəaliyyətini dayandırıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Bölgədəki bütün polad zavodları bağlanıb. Zavodlar ən azı bu ayın sonuna qədər və ya ola bilsin ki, martın ortalarına qədər bağlı qala bilər”, – Türkiyə Polad Birliyinin baş katibi Veysel Yan deyib.

Onun sözlərinə görə, zəlzələnin episentrinin yaxınlığında yerləşən zavodlar praktiki olaraq zədələnməyib. Lakin zəlzələdə çoxlu işçi və onların ailə üzvləri həlak olub.

Qeyd edilib ki, metal zavodlarının fəaliyyətinin dayandırılması Türkiyənin metal məmulatlarının ixracının azalmasına səbəb olacaq.

Xatırladaq ki, Türkiyə dünyanın ilk on polad istehsalçısı və ixracatçısından biridir.