“Kaan” milli döyüş təyyarəsinin 2030-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub, amma daha tez də ola bilər”.
Bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir “TGRT Haber”ə müsahibəsində deyib.
O xatırladıb ki, “Kızıl elma” PUA-sı da elan edilən tarixdən daha tez istifadəyə verilmişdi.
Qeyd edək ki, “Kaan” Türkiyənin milli döyüş təyyarəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 1-də bu texnikanın adını açıqlamışdı.