Türkiyənin milli müdafiə naziri Almaniyaya səfər edəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Almaniyada Ukrayna üzrə təmas qrupunun növbəti toplantısında iştirak edəcək.

Məlumata görə, yanvarın 20-də ABŞ-ın Ramşteyn aviabazasında keçirilməsi planlaşdırılan görüşdə 30-a yaxın ölkənin müdafiə nazirliklərinin rəhbərləri iştirak edəcək.

Görüşdə Ukraynada cəbhələrdəki vəziyyət, regionda baş verən hadisələr, eləcə də Kiyevə dəstək məsələlərinin müzakirəsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər