Türkiyənin Antalya şəhər Ədliyyəsində birinci icra müdiri H.Ç. 13 milyon lirə pulu mənimsəyərək ölkədən qaçıb.
Artıq Türkiyədə məmurla bağlı araşdırmalara başlanılıb.
Hadisə H.Ç-nın bir neçə gündür işə getməməsi ilə ortaya çıxıb. Belə ki, məmur seyf və bank hesablarından 13 milyon lirə (1 mln. 207 min manat) mənimsəyərək Azərbaycana qaçdığı bəlli olub.