22 C
Baku
Tuesday, September 17, 2024

Türkiyənin müdafiə sənayesinə qoyulan qadağa 5 il sonra götürüldü

Norveç müdafiə sənayesində Türkiyəyə qarşı 2019-cu ildə qəbul etdiyi məhdudiyyətləri aradan qaldırıb. 

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Kecəli açıqlayıb.

“Bu gün xarici işlər naziri Hakan Fidan Norveçin xarici işlər naziri Espen Bart Eide ilə telefon danışığı keçirib. Fidan Ankaranın bu qərardan məmnun olduğunu bildirərək cavab verib və qeyd edib ki, bu cür məhdudiyyətlər müttəfiqlik ruhuna uyğun gəlmir”, – məlumatda qeyd olunub.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər