11 C
Baku
Wednesday, December 11, 2024

Türkiyənin onlayn xidmət şirkəti italyan rəqibi ilə birləşdi – 35 mln. avro sərmayə

Türkiyənin onlayn xidmətlər platforması “Armut” italyan rəqibi “ProntoPro” ilə birləşdiyini açıqlayıb.

Banker.az xəbər verir ki, “Armut” qurucularından Başak Taşpınar Deyim Bloomberg-ə verdiyi açıqlamada birləşmə nəticəsində yaranan yeni şirkətin “ProntoPro” investorlarından 15 milyon avro sərmayə aldığını bildirib. Birləşmədən əvvəl və sonra “Armut” və “ProntoPro”nun ümumilikdə 35 milyon avro cəlb etdiyini bildirən Deyim, son investisiyanın böyüməni sürətləndirmək üçün istifadə ediləcəyini deyib.

“Armut”un qurucuları Başak Taşpınar Deyim və Erol Deyim yeni şirkətin səhmlərinin nəzarət paketinə sahib olacaqlar və şirkətin baş icraçı direktoru kimi fəaliyyət göstərəcəklər. “Armut” birləşmədən sonra fəaliyyət göstərdiyi ölkələrin sayını 14-ə çatdıracaq. Birləşmə ilə bağlı maliyyə detalları isə açıqlanmayıb.

Qeyd edək ki, 2011-ci ildə qurulan “Armut EMEA” 8 ölkədə 4000-dən çox müxtəlif kateqoriyada 700 mindən çox xidmət təminatçısı ilə xidmət almaq istəyənləri bir araya gətirir. 2015-ci ildə qurulan “ProntoPro” isə 5 ölkədə fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər