Türkiyənin “Pegasus Airlines” aviaşirkəti Rusiyaya və bu ölkədən reysləri müvəqqəti olaraq dayandırıb.
Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat verib.
Bildirilir ki, Rusiyaya qarşı sanksiyalar kontekstində “əməliyyat riskləri” səbəbindən martın 13-dən 27-dək reyslər ləğv ediləcək.
“Bu tarixlərdə Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara reyslərdə olan qonaqlarımız biletin pulsuz dəyişdirilməsi və pulun tam geri qaytarılması hüququna malikdirlər”, – deyə şirkətdən bildiriblər.