13 C
Baku
Saturday, November 23, 2024

Türkiyənin Prezident Mühafizə İdarəsinin şöbə müdiri Seneqalda dünyasını dəyişdi

Türkiyə Respublikası Prezident Mühafizə İdarəsinin Xüsusi Hərəkat şöbə müdiri Xeyrəddin Ərən Seneqal stadionunun açılışında xidmət əsnasında infarkt keçirərək dünyasını dəyişib.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Seneqal səfəri zamanı xidmət edən Ərən vəzifə başında ikən infarkt keçirərək dünyasını dəyişib.

Həkimlərin bütün səylərinə baxmayaraq, Ərənin həyatını xilas etmək mümkün olmayıb. Onun cənazəsi Seneqaldakı təmaslarını tamamlayan Prezident Ərdoğanın təyyarəsi ilə Türkiyəyə gətirilir.

Son xəbərlər
Digər xəbərlər