18 C
Baku
Wednesday, October 15, 2025

Türkiyənin Proyapı şirkəti Qubadlıda daşqınlara qarşı 1 milyon manatlıq layihə hazırlayır

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Proyapı Mühendislik ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Qubadlı rayonu,Zilanlı,Mahruzlu və Xanlıq kənd yaşayış məntəqələrinin ərazilərinin Həkəri çayının daşqın sularından mühafizəsi üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 949 900 AZN təşkil edir.

Xatırladaq ki, Proyapı Mühəndislik və Müşavirlik A.Ş. Türkiyədə 1994-cü ildə təsis edilib. Şirkət infrastruktur layihələri üzrə geniş fəaliyyət göstərir: avtomobil və karayolları, yolların layihələndirilməsi və layihələrin müşavirliyi, su qurğuları, geodeziya və geotexniki tədqiqatlar, üstyapı tikintisi və s.

 

Son xəbərlər
Digər xəbərlər