Türkiyədə enerji daşıyıcılarına olan tələbat artır. Son 20 ildə ölkədə qaza olan tələbat isə 3 dəfə artıb.
Banker.az xəbər verir ki, bu barədə Baki Enerji Forumunda çıxış edən Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar bildirib.
Onun sözlərinə görə, son üç ildə Türkiyənin qaza olan tələbatı 50 mlrd. kubmetrdən 60 mlrd. kubmetrədək yüksəlib.