Türkiyənin yeraltı sərvətləri arasında hələ çıxarılmağı gözləyən 5 min ton qızılı var ki, bunun da təxminən 300 milyard dollar dəyəri var.
Türkiyə Mədənçilər Dərnəyinin (TMD) sədri Mehmet Yılmaz, jurnalistlərin suallarını cavablayarkən Türkiyədə aparılan araşdırmalara görə qızıl mədəni potensialının 6 min 500 ton olduğunu deyib.
Onun sözlərinə görə, bu rəqəmin 1500 tonunun harada olduğu artıq məlumdur və artıq çıxarılmağa başlanıb. Yerin altında gözləyən 5 min ton da qızıl var ki, bunun da dəyəri təxminən 300 milyard dollardır.