Daha bir iqtisad yönümlü qurum Türkiyə Statistika İdarəsi (TÜİK) sədri dəyişib.
Banker.az bu barədə yerli KİV-ə istinadən xəbər verir ki, TÜİK-in sədri olan Ahmet Kürşat Dosdoğru vəzifəsindən azad edilib.
Onun yerinə isə, bu günə qədər sədr müavini olan Muhammed Cahid Şirin təyin edilib.
Xatırladaq ki, son 3 ayda İqtisadiyyat naziri Berat Albayrakın yerinə Nihat Zebekçi, Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkayanın yerinə isə Naci Ağbal təyin edilib.