1 C
Baku
Saturday, December 14, 2024

Türkiyənin “Suveren” fondu maliyyə bazarlarına müdaxilə edə bilər

Türkiyənin “Suveren” fondu ölkənin maliyyə bazarlarında baş verəcək hər hansı spekulyativ hərəkətlərə qarşı etimad funksiyası daşıyacaq, lazım gələrsə müdaxilə edə biləcək. “Bloomberg” xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi, Londonda verdiyi açıqlamasında bildirib. 

Türkiyədə valyuta məzənnəsinin öz tarazlıq nöqtəsini tapacağını açıqlayan nazir, perspektivdə həyata keçirəcəkləri tədbirləri sadalayıb. Zeybəkçi, Türkiyədən azad ticarət zonasına və əksinə həyata keçirilən satışlarda transfer edilən vəsaitin lirəyə çevrilməsi ilə bağlı məcburiyyətdən yaranan qərar qəbul edəcəklərini deyib. Bu da maliyyə bazarından ABŞ dollarına tələbin 6-7 mlrd. azalacağına gətirib çıxaracaq: “Bu vaxta qədər adı çəkilən əməliyyatlarda istifadə olunan valyuta növündə xarici valyuta məcburiyyəti var idi, indi bunu dəyişirik”.

Qeyd edək ki, Türkiyədə dövlətin mülkiyyətində olan bir sıra müəssisələrin – “Ziraat Bankası”nın, “Borsa İstanbul”un, “BOTAŞ” şirkətinin xəzinədarlığı 100%, “Türk Telekom” şirkətinin xəzinədarlığının isə 6,68%-lik hissəsi Nazirlər Kabinetinin qərarı ilə bir qədər əvvəl yaradılan “Suveren Fond”a ötürülüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər