Türkiyənin tanınmış otel markası “Dedeman Hotel” bu yaxınlarda Bakıda fəaliyyətə başlayacaq.
Banker.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu məsələni müzakirə etmək üçün investor “Doğru Holdinq”in İdarə Heyətinin sədri Bülent Doğru və “Dedeman” markasının sahibləri Banu Dedeman ve Rıfat Şükrü Dedeman ilə görüş keçirilib.