Türkiyənin Ukrayna üçün Litvaya ianə etdiyi “Bayraktar” TB2 artıq Litvaya gətirilib və Ukraynaya təqdim olunacaq.
Bu barədə Litva müdafiə naziri Arvidas Anusauskas “Twitter”də bildirib.
“Bayraktar “Vanaqas” bütün sursatları ilə birlikdə artıq Litvadadır! İyulun 6-da Şiaulyai Hava Bazasında onun qısa təqdimatını keçirəcəyik və bundan sonra o Ukraynaya göndəriləcək!”, – nazir qeyd edib.
Xatırladaq ki, Litvada Ukraynaya “Bayraktar” almaq üçün vəsait toplansa da, Türkiyənin “Baykar” şirkəti bu pilotsuz döyüş təyyarəsini ölkəyə pulsuz verib.