Türkiyə Respublika Mərkəz Bankının (TCMB) cəmi ehtiyatları (qızılla birlikdə) keçən həftə 1 milyard 709 milyon dollarlıq enişlə 119 milyard 718 milyon dollara geriləyib.
“Bloomberg” xəbər verir ki, TCMB iyulun 29-da açıqladığı həftəlik Pul və Bank Statistikasında valyuta ehtiyatlarının 1 milyard 900 milyon dollar azaldığını açıqlamışdı. Beləliklə, bankın ehtiyatları 99 milyard 927 milyon dollara enmişdi. Halbuki bir əvvəlki həftə ehtiyatlar 101 milyard 827 milyon dollar səviyyəsində idi.
Bu dövrdə qızıl ehtiyatları 191 milyon dollar artımla 19 milyard 791 milyon dollara yüksəlib.
Publika.az