16 C
Baku
Friday, October 18, 2024

Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında əsirlərin irimiqyaslı mübadiləsi baş tuta bilər

Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya əsirlərin irimiqyaslı mübadiləsi üzərində işləyir və bu mübadilə əsasında minə yaxın əsir dəyişdirilə bilər.

Bu barədə Türkiyənin Baş ombudsmanı Şeref Malkoç bildirib.

Onun sözlərinə görə, Türkiyənin Ombudsman İnstitutunun təşkil etdiyi danışıqlarda üç mərhələli plan razılaşdırılıb.

“Sadəcə, danışmaq kifayət deyil, addımlar atmaq lazımdır”, – deyən Şərəf Malkoç İstanbuldan keçməklə mübadilə üçün “humanitar dəhliz” açmağı təklif edib.

Türkiyənin təklifi qəbul olunarsa, İstanbulda yaralı mülki vətəndaşların, əsgərlərin, qocaların, uşaq və qadınların mübadiləsi üçün “humanitar dəhliz” yaradılacaq.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər