“Yanvar ayında ixracımız ötən ilin eyni ayı ilə müqayisədə iki iş günü az olmasına rəğmən, 2.5% artımla 15.05 milyard dollar olub”.
Banker.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Ticarət naziri Ruhsar Pekcan deyib.
Nazir deyib ki, bu bütün zamanlar üzrə ən yüksək göstərici qeydə alınmış yanvar ayıdır.
Nazir bildirib ki, ölkənin yanvar ayı üzrə ticarət saldosu mənfi ilə tamamlanıb. Belə ki, ötən ilin eyni dövri ilə müqayisədə ticarət saldosu 32 faizlik enişlə 3.08 milyard dollar təşkil edib. Belə ki, ölkənin xaricdən məhsul idxalının həcmi öncəki illə müqayisədə 5.6% azalma ilə 18.12 milyard dollar üzərində olub.