Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinə və İsrailə səfər edəcək.
Banker.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Çavuşoğlu Türkiyə və Fələstin xarici işlər nazirlərinin birgə komitəsinin iclasında iştirak edəcək.
O, həmçinin fələstinli həmkarı Riyad əl-Maliki və ərəb dövlətinin başçısı Mahmud Abbasla da danışıqlar aparacaq.
Həmin gün Çavuşoğlu İsrailə gedəcək və orada xarici işlər naziri Yair Lapid ilə danışıqlar aparacaq.
Danışıqlarda ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.
Yerli media Türkiyə XİN rəhbərinin İsrailə səfərinin son 15 ildə rəsmi səviyyədə ilk səfər olacağına diqqət çəkir.
Çavuşoğlu daha əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, İsrailə səfəri zamanı səfirlərin geri qaytarılması və iki ölkə arasında münasibətlərin tam normallaşması məsələsinin müzakirəsi planlaşdırılır.