16 C
Baku
Thursday, May 16, 2024

Türkiyənin xarici ticarət dövriyyəsi 200 milyard dolları ötüb

2022-ci ilin aprelində Türkiyənin xarici ticarət dövriyyəsi 52,848 milyard dollar təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Turkic.World-a ölkənin Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyənin ixracı ötən ilin apreli ilə müqayisədə 24,6 faiz artaraq 23,368 milyard dollara, idxalı isə 35 faiz artaraq 29,48 milyard dollara çatıb.

Türkiyənin 2022-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 200,381 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artaraq 83,531 milyard dollara, idxalı isə 40,2 faiz artaraq 116,85 milyard dollara çatıb.

Qeyd edək ki, 2021-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsi 496,715 milyard dollar, ixracı 225,291 milyard dollar, idxalı 271,424 milyard dollar təşkil etmişdi.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər