Tezliklə Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan yeni “Bayraktar TB-3” pilotsuz uçuş aparatının ilk uçuşu həyata keçiriləcək.
Bu barədə məlumatı şirkətin texniki direktoru Selçuk Bayraktar öz tviter hesabında açıqlayıb.
““Bayraktar TB3” böyük qardaşı “Kızılelma”dan sonra öz ilk uçuşu üçün günləri sayır”, – deyə Bayraktar paylaşımında qeyd edib.
Türkiyə mediasının məlumatına görə, “Bayraktar TB-3” havada 50 saata qədər qala bilər. “Anadolu” onun yaradılmasında Azərbaycandan da mütəxəssislərin iştirak etdiyini qeyd edib. Bu PUA-nı nəinki döyüş meydanında, eləcə də yanğınların söndürülməsi, zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı da istifadə etmək mümkündür.